Dünya
Meksikada güclü zəlzələ baş verdi: Sunami təhlükəsi elan olundu - VİDEO
Meksikanın cənubunda yerləşən Puerto-Madero şəhəri yaxınlığında 7.4 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Çiapas ştatında, Qvatemala sərhədinə yaxın Puerto-Madero şəhərinin yaxınlığında yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Təkanlar qonşu Qvatemalada da hiss olunub. Şahidlərin sözlərinə görə, ölkənin paytaxtında binalar silkələnib. Seysmik hadisədən sonra Sakit okean sahilinin yaxın əraziləri üçün sunami təhlükəsi elan edilib. Təhlükəli dalğaların episentrdən 300 kilometr radiusda yarana biləcəyi bildirilib. Sahilyanı ərazilərin sakinlərinə mümkün təhlükə barədə xəbərdarlıq edilib. İlkin məlumatlara görə, zəlzələdən sonra ölənlər, xəsarət alanlar və ya ciddi dağıntılar barədə məlumat daxil olmayıb.

Mənbə
oxu.az