Dünya

Çində torpaq sürüşməsi: Mindən çox insan təxliyə olundu - VİDEO

17 Jul 2026, 20:00 2 baxış
Çində torpaq sürüşməsi: Mindən çox insan təxliyə olundu - VİDEO
Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərində torpaq sürüşməsi səbəbindən mindən çox sakin təxliyə edilib, dağıntılar altından isə 10 nəfər xilas olunub. Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. Yayımlanan görüntülərdə dağ yamacının bir hissəsinin yaşayış ərazisinin üzərinə uçduğu görünür. Nəticədə 10-dan çox ev dağılıb.

Telekanalın məlumatına görə, mümkün qəza hallarının qarşısını almaq üçün hadisə yerindən bir kilometr radiusda su, elektrik və qaz təchizatı dayandırılıb. Bildirilib ki, torpaq sürüşməsinə iyulun 17-də baş verən zəlzələ səbəb olub. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər