Dünya

İspaniyada ilin ən böyük meşə yanğını: Saraqosada 12 min hektar ərazi yanır - VİDEO

17 Jul 2026, 16:52 2 baxış
İspaniyada ilin ən böyük meşə yanğını: Saraqosada 12 min hektar ərazi yanır - VİDEO
İspaniyanın Araqon avtonom bölgəsində meşə yanğınının sahəsi 12 min hektarı ötüb. Oxu.Az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanlarının rəsmi "X" hesabında paylaşım edilib.

Yanğın iyulun 15-də başlayıb. Yerli rəsmilərin bildirdiyinə görə, cümə gününə keçən gecə quru qüvvələrinin artırılmasına baxmayaraq, alovlar hələ də çox aktivdir və yüksək sürətlə ətrafa yayılır. Hazırda beş yaşayış məntəqəsinin əhalisi evlərindən təxliyə edilmiş vəziyyətdədir. Yüzə yaxın insan yerli idman kompleksinə sığınıb, digərləri isə müvəqqəti olaraq dost-tanışlarının evinə yerləşib və ya öz imkanları ilə başqa qalacaq yer tapıblar. İyunun 17-də yanğının söndürülməsinə 450-yə yaxın insan və 30-dan çox hava gəmisinin cəlb edilməsi planlaşdırılır. Əməliyyatda fövqəladə hallar (UME) bölməsinin 300-dən çox hərbi qulluqçusu, həmçinin regional yanğın-xilasetmə xidmətləri, Mülki Qvardiya və Qırmızı Xaç iştirak edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər