Dünya

ABŞ-də müəmmalı zəlzələnin mümkün səbəbi açıqlandı

17 Jul 2026, 12:32 2 baxış
ABŞ-də müəmmalı zəlzələnin mümkün səbəbi açıqlandı
İyulun 16-da ABŞ-nin Florida ştatının sahillərində 0 km ocaq dərinliyində baş vermiş 3.9 maqnitudalı zəlzələ su qatında həyata keçirilmiş partlayışın göstəricisi ola bilər. Oxu.Az xəbər verir ki, bu ehtimalı ABŞ Geoloji Xidmətinin nümayəndəsi "Daily Mail" qəzetinə müsahibəsində irəli sürüb. "Qeydə alınan qrunt rəqsləri təbii mənşəli zəlzələdən daha çox, partlayışa bənzəyir", - deyə xidmət rəsmisinin sözlərini sitat gətirən nəşr yazıb. "Daily Mail"in məlumatına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri onilliklər ərzində yeni hərbi gəmilərinin yaxınlığında idarə olunan sualtı partlayışlar həyata keçirir. Bu addım gəmilərin mina və torpeda detonasiyasına qarşı dözümlülüyünü yoxlamaq məqsədi daşıyır. Məsələn, 2021-ci ildə hərbi dəniz qüvvələri iyulun 16-da qeydə alınan eyni yerdə yeni "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisinin yaxınlığında sınaq partlayışı reallaşdırıb. Analoji idarə olunan partlayışlar 2016, 2008, 1990 və 1987-ci illərdə də icra edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər