Dünya
Macarıstan hökuməti hərəkətə keçdi: Siyartonun Rusiya ilə əlaqələri araşdırılır
Macarıstanın yeni hökuməti sabiq xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun Rusiya ilə təmaslarının hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına başlayıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Budapeştdə keçirilən mətbuat konfransında Macarıstanın Baş naziri Peter Madyar bildirib. Jurnalistlər xatırladıblar ki, Madyar əvvəllər Siyartonu "ruslarla əlbir olmaqda" ittiham edib və onun Rusiya ilə əlaqələrinin araşdırılmasının zəruriliyini bildirib. O, bu məsələdə "dövlətə xəyanət" elementlərinin ola biləcəyini vurğulamışdı. Madyar öz mövqeyindən geri çəkilməyərək, artıq araşdırmanın başladığını təsdiqləyib. Baş nazir əlavə edib ki, hələlik araşdırmanın təfərrüatını açıqlamaq və ilkin nəticələr barədə danışmaq istəmir. Buna səbəb kimi işdə dövlət sirri və xarici siyasətə aid olan çoxsaylı məxfi sənədlərin yer alması göstərilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər