Dünya

Lox-Ness əjdahası həqiqətən var? - Göldə sirli yaşıl kütlə görüntüləndi, müzakirələrə səbəb oldu - FOTO

17 Jul 2026, 06:18 4 baxış
Lox-Ness əjdahası həqiqətən var? - Göldə sirli yaşıl kütlə görüntüləndi, müzakirələrə səbəb oldu - FOTO
Lox-Ness gölündə aşkar olunan sirli yaşıl kütlə əfsanəvi göl canlısının varlığı ilə bağlı yeni müzakirələrə yol açıb. Oxu.Az xəbər verir ki, bu barədə "Metro" qəzeti yazıb. Nəşrin məlumatına görə, hadisə iyunun 23-də baş verib.
"Jacobite Cruises" şirkəti ilə qayıq ekskursiyasına çıxan Şeron Qerbert adlı turist Urkhart qəsrini lentə alarkən maraqlı bir mənzərə ilə qarşılaşıb. Qadın qədim binanı çəkdiyi zaman fotoda qəsr ilə yanaşı, suyun içində naməlum, yaşıl rəngli sirli bir kütlənin də olduğu görünüb. Şeron Qerbert fotonu sosial şəbəkələrdə paylaşdıqdan sonra istifadəçilər arasında müxtəlif fərziyyələr yaranıb. Bir çox insan bu görüntünün məşhur Lox-Ness əjdahasının (Nessi) varlığına sübut olduğunu iddia edir. Bununla belə, elm adamları uzun müddətdir ki, bu su canlısının mövcudluğunu şübhə altına alırlar. Xatırladaq ki, 1933-cü ildə göldə üzən uzunboyunlu canlı kimi təqdim edilən və dünyada böyük səs-küy doğuran məşhur fotoşəklin saxta olduğu sonradan təsdiqlənmişdi.

Lox-Ness əjdahası həqiqətən var? - Göldə sirli yaşıl kütlə görüntüləndi, müzakirələrə səbəb oldu - FOTO Lox-Ness əjdahası həqiqətən var? - Göldə sirli yaşıl kütlə görüntüləndi, müzakirələrə səbəb oldu - FOTO Lox-Ness əjdahası həqiqətən var? - Göldə sirli yaşıl kütlə görüntüləndi, müzakirələrə səbəb oldu - FOTO Lox-Ness əjdahası həqiqətən var? - Göldə sirli yaşıl kütlə görüntüləndi, müzakirələrə səbəb oldu - FOTO Lox-Ness əjdahası həqiqətən var? - Göldə sirli yaşıl kütlə görüntüləndi, müzakirələrə səbəb oldu - FOTO Lox-Ness əjdahası həqiqətən var? - Göldə sirli yaşıl kütlə görüntüləndi, müzakirələrə səbəb oldu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər