Dünya
Ekvadorda ev heyvanlarının toylarda şahid olmasına icazə verildi
Ekvadorda ev heyvanlarının toy mərasimlərində şahid qismində iştirakına icazə verilib. Oxu.Az bu barədə "Dojd" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata əsasən, ölkədə evlənən cütlüklər artıq öz ev heyvanlarını şahid seçə bilərlər. Bu halda heyvanlar sahibləri ilə birlikdə mərasimdə iştirak edir və nikah şəhadətnaməsinə pəncə izlərini basırlar. Belə bir "imzanın" hüquqi qüvvəsi olmasa da, bunun böyük simvolik mənası var. Yeni qaydalar may ayından etibarən qüvvəyə minib və həmin vaxtdan bəri artıq 50 cütlük bu imkandan yararlanıb. Qeyd edək ki, əvvəllər Argentina və Meksikada da heyvanların toy mərasimlərində iştirakına icazə verilsə də, bu, yalnız hakimiyyət orqanlarının xüsusi icazəsi ilə baş tutan fərdi hallar idi. Ekvador isə bu prosesi hamı üçün əlçatan edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər