Dünya

Konqoda elmə məlum olmayan yeni meymun növü tapıldı - FOTO

17 Jul 2026, 04:00 3 baxış
Konqoda elmə məlum olmayan yeni meymun növü tapıldı - FOTO
Tədqiqatçılar Konqo Demokratik Respublikasında elmə indiyədək məlum olmayan yeni bir meymun növü aşkar ediblər. Oxu.Az "The Washington Post" nəşrinə istinadən xəbər verir ki, bu yeni növə "Colobus congoensis" (və ya likveli) adı verilib. Sözügedən meymunlar qara rəngli xəzləri, ağız nahiyəsindəki çəhrayı-narıncı çalarları və bəm səslə nərə çəkmələri ilə seçilirlər. Mütəxəssislərin məlumatına görə, bu canlıların çəkisi 7 kiloqram civarındadır, quyruq hissəsi də daxil olmaqla ümumi uzunluqları isə 1.2 metrə çatır. Həmin canlılar ilkin olaraq 2008-ci ildə görünsə də, yeni növün rəsmi təsdiqi uzun illər davam edən araşdırmalar nəticəsində mümkün olub. Tropik cəngəlliklərdə bu növün axtarışını nəzərdə tutan layihəyə 2018-ci ildə start verilib. Dörd il ərzində mütəxəssislər 114 dəfə müşahidə aparıb, meşəliklərdə 1 700 kvadratkilometrdən artıq ərazini gəzərək genetik sınaqlar icra ediblər. Bu testlər likvelilərin ən yaxın qohumlarından təqribən 5 milyon il əvvəl ayrıldığını sübuta yetirib. Kəşf edilən növ Konqo Demokratik Respublikasının mərkəzi regionunda, Lomami çayı hövzəsindəki 1 700 kvadratkilometrlik ərazidə məskunlaşıb. Tədqiqat müəllifləri qeyd edirlər ki, bu tapıntı Afrika primatlarının təkamül tarixini daha dərindən dərk etməyə imkan verəcək. Alimlər əlavə ediblər ki, yeni növ barədə araşdırılmalı olan çoxlu məqamlar var. Xüsusən də likvelilərin çoxalma xüsusiyyətləri, qidalanma tərzi və bu canlıların məhz belə məhdud bir arealda məskunlaşma səbəbləri hələlik sirr olaraq qalır.
{{gallery}}
Konqoda elmə məlum olmayan yeni meymun növü tapıldı - FOTO Konqoda elmə məlum olmayan yeni meymun növü tapıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər