Dünya
The Hill: "ABŞ-nin silah ehtiyatlarının bərpası dörd il çəkə bilər"
İrana qarşı aparılan hərbi əməliyyatların ilkin fazasında ABŞ xeyli miqdarda mərmi istifadə edib və bu ehtiyatların yenidən toplanması üçün ən azı dörd il tələb olunur. Oxu.Az xəbər verir ki, bu qiymətləndirmə "The Hill" nəşrində yer alıb. Nəşrin bildirdiyinə görə, ehtiyatların bərpası yalnız ABŞ Konqresinin müvafiq vəsait ayrılmasını təsdiqləyəcəyi təqdirdə mümkündür. Bununla belə, İrana qarşı hücumların davam etməsi səbəbindən Amerika ordusunun mərmi bazasını bərpa etməsi üçün nəzərdə tutulan müddət daha da uzana bilər. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ölkənin hərbi xərclərinin 2027-ci ilə qədər 1.5 dəfə artırılaraq 1.5 trilyon dollar səviyyəsinə çatdırılmasının vacibliyini vurğulamışdı.
Mənbə
oxu.az