Dünya

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdi

17 Jul 2026, 00:24 3 baxış
Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdi
Nikaraqua hakimiyyəti İtaliya ilə diplomatik əlaqələrin kəsildiyini elan edib. Buna səbəb kimi İtaliyanın xarici işlər naziri Antonio Tayaninin bu ölkəyə qarşı səsləndirdiyi bəyanatlar göstərilib. Oxu.Az bu barədə EFE agentliyinə istinadən xəbər verir. "Əlaqələrin kəsilməsi İtaliyanın xarici işlər naziri Antonio Tayaninin xalqlar və hökumətlər arasındakı münasibət prinsiplərinə məhəl qoymayaraq, Nikaraqua xalqını və hakimiyyətini təhqir edən əsassız, aqressiv və məsuliyyətsiz bəyanatlarına cavabdır", - deyə Nikaraqua hökumətinin press-relizində bildirilir. Gərginlik İtaliyanın keçmiş baş naziri Aldo Moronun qatillərindən biri olan terrorçu Alessio Kazimirrinin ekstradisiya edilməsi ilə bağlı İtaliya tərəfinin növbəti dəfə sorğu göndərməsindən sonra yaranıb. A.Kazimirri uzun illərdir ki, Nikaraquada gizlənir. Bir gün əvvəl Madriddə çıxış edən A.Tayani 1978-ci ildə "Qırmızı briqadalar" qruplaşmasının üzvləri tərəfindən qətlə yetirilən A.Moronun xatirəsini yad edib və Nikaraqua hakimiyyətini terrorçuya sığınacaq verməkdə, eləcə də ekstradisiya sorğularını icra etməkdən imtina etməkdə günahlandırıb. İtaliya ədliyyəsinin məlumatına görə, A.Kazimirri A.Moronun qətli ilə birbaşa əlaqəli olub və 1980-ci illərin əvvəllərində Nikaraquaya qaçıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər