Dünya
Volodimir Zelenski Hakan Fidanı ordenlə təltif edib - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb və onu II dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edib. Oxu.Az bildirir ki, V.Zelenski bu barədə sosial şəbəkələrdə paylaşım edib.
"Bu gün biz diplomatiyadakı vəziyyəti və sülhə nail olunması istiqamətində işi aktivləşdirə biləcək addımları müzakirə etdik", - deyə o bildirib. Ukrayna prezidenti türkiyəli naziri döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb, Hakan Fidan isə öz növbəsində ona müxtəlif səviyyələrdəki diplomatik təmaslardan danışıb. "İkitərəfli münasibətləri, eləcə də Ukrayna ilə Türkiyə arasında azad ticarət zonası haqqında sazişin icrasını müzakirə etdik. Ölkələrimiz arasındakı əmtəə dövriyyəsinin yalnız artacağına ümid edirik", - deyə V.Zelenski əlavə edib.

Mənbə
oxu.az