Dünya

İndoneziya sahillərində göyərtəsində 70 sərnişin olan gəmi batıb

16 Jul 2026, 22:12 2 baxış
İndoneziya sahillərində göyərtəsində 70 sərnişin olan gəmi batıb
İndoneziya sahillərində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub, 23 nəfər isə itkin düşüb. bu barədə "AP News"a istinadən xəbər verir. Məlumata görə, gəmi Campea adasındakı limandan çıxaraq Cənubi Sulavesi əyalətindəki Selayar adalarına doğru istiqamət alıb. Hadisə baş verən zaman gəmidə ümumilikdə 70 sərnişin və heyət üzvü olub. Bildirilir ki, bir gün əvvəl gəminin mühərriki sıradan çıxıb, bundan sonra isə o, təyinat limanından təxminən 79 km aralıda batmağa başlayıb. Xilasedicilər indiyədək 46 nəfəri sağ tapa biliblər. Əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarını əhəmiyyətli dərəcədə çətinləşdirir.
Mənbə oxu.az