Dünya

CAR prezidentinin təyyarəsində texniki nasazlıq: Dövlət başçısı geri qayıtmalı oldu

16 Jul 2026, 22:48 2 baxış
CAR prezidentinin təyyarəsində texniki nasazlıq: Dövlət başçısı geri qayıtmalı oldu
Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramaposanın təyyarəsində uçuş zamanı texniki nasazlıq yaranıb. Oxu.Az "News24" xəbər portalına istinadən xəbər verir ki, S.Ramaposa iyulun 16-sı səhər saatlarında paytaxt Pretoriyanın yaxınlığında yerləşən "Uoterkluf" Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb. Təyyarə ölkənin cənub-şərqindəki Durban şəhərinə istiqamət alıb. Orada dövlət başçısı "Toyota" şirkətinin yeni istehsal xəttinin açılış mərasimində iştirak etməli idi. Lakin uçuş zamanı təyyarədə detalları açıqlanmayan texniki nasazlıq baş verib. CAR prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya hadisə ilə bağlı bunları bildirib: "Təyyarəmizdə texniki problem yarandı. Geri qayıtmaq və bazaya eniş etmək məcburiyyətində qaldıq". Hadisə nəticəsində xəsarət alan olmayıb. Sonradan S.Ramaposa Durbandakı tədbirdə onlayn formatda çıxış etməli olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər