Dünya

Əlcəzairdə uşaq evində yanğın: 11 ölü, xeyli yaralı var - VİDEO

16 Jul 2026, 15:52 1 baxış
Əlcəzairdə uşaq evində yanğın: 11 ölü, xeyli yaralı var - VİDEO
Əlcəzairin eyniadlı paytaxtında yerləşən uşaq evində baş verən yanğın nəticəsində 11 nəfər həyatını itirib, daha 20-yə yaxın şəxs isə müxtəlif xəsarətlər alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xilasetmə qrupları uşaq evindən beş əlilliyi olan şəxsi təhlükəsiz əraziyə təxliyə ediblər. Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisənin başvermə səbəbləri, eləcə də zərərçəkənlərin kimliyi və yaşı barədə hələlik məlumat verilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər