Dünya

Ukrayna dronları Rusiyanın Engels şəhərinə hücum edib - FOTO - VİDEO

16 Jul 2026, 14:56 2 baxış
Ukrayna dronları Rusiyanın Engels şəhərinə hücum edib - FOTO - VİDEO
İyulun 16-da gecə saatlarında Rusiyanın Saratov vilayətinin Engels şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Nəticədə hərbi aviabazaya zərbələr endirilib və partlayış səsləri eşidilib. Oxu.Az-ın məlumatına görə, bu barədə "ASTRA" Telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, Engels şəhərinin sakinləri çox sayda PUA-nın uçuşu və güclü partlayışlar barədə xəbər veriblər. Sosial şəbəkələrdə dronların uçuşu və partlayış səsləri olan videolar yayılıb. Səhərə yaxın OSINT kanalları dron hücumundan sonra yerli "Engels-2" hava limanı rayonunda tüstü sütununun qalxdığını və yanğının qeydə alındığını bildirib. "Astra" nəşri özünün apardığı OSINT analizinə əsaslanaraq, Saratov vilayətinə dron hücumu nəticəsində "Engels" hərbi aviabazasında alovlanma olduğunu təsdiqləyib. Həmçinin bildirilir ki, dronlardan biri Engelsdə çoxmərtəbəli binaya çırpılıb.

İlkin səbəb evlərin düz üstündə hədəfləri vuran hava hücumundan müdafiə sisteminin işi olub. Engelsdə bir sıra partlayışlardan sonra işıqda fasilələr müşahidə olunub. Regionun Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Saratov vilayətinə PUA hücumları nəticəsində üç şəxs yaralanıb və onlardan biri tibb müəssisəsinə yerləşdirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər