Dünya
Hakan Fidan: "Türkiyə Ukraynanın hərbi-dəniz təhlükəsizliyinə rəhbərlik edəcək"
"Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirə olunan məsələlər çərçivəsində Türkiyə bu işin hərbi-dəniz hissəsinə rəhbərlik etməyə razılıq verib". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında deyib. "Hazırda mümkün sülh müqaviləsinin ən vacib cəhətlərindən biri - Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunur. Həmin zəmanətlər quru, dəniz və hava elementlərini əhatə edir. Türkiyə hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılaşıb. Bu məsələ ilə bağlı müttəfiqlərlə aramızda qarşılıqlı anlaşma mövcuddur. Müvafiq müttəfiq hərbi-dəniz qüvvələri ilə bu istiqamətdə planlı işlər aparılır", - deyə nazir bildirib.
Mənbə
oxu.az