Dünya
Rusiya Kiyevi vurdu: Ölənlər və yaralananlar var - FOTO - VİDEO
İyulun 16-da gecə saatlarında Rusiya ordusu Kiyev şəhərinə zərbələr endirib. Hücum nəticəsində iki nəfər ölüb, daha beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Oxu.Az xəbər verir ki, bu barədə UNIAN agentliyi Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, paytaxtın Darnitsa rayonu zərbələrdən ən çox təsirlənən ərazi olub. İnzibati anbar binası, digər bir obyekt və ərazidəki yük avtomobillərində yanğın qeydə alınıb. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər. Dövlət Xidmətindən verilən məlumata əsasən, ölüm halları məhz Darnitsa rayonunda qeydə alınıb. Svyatoşin rayonunda isə birmərtəbəli anbar binasına mərmi düşməsi nəticəsində yanğın baş verib. Hadisə zamanı üç nəfər yaralanıb. Hazırda alov lokallaşdırılıb.
{{gallery}}

Mənbə
oxu.az