Dünya

Dünya birjalarında neft üçgünlük artımdan sonra UCUZLAŞDI

16 Jul 2026, 10:50 2 baxış
Dünya birjalarında neft üçgünlük artımdan sonra UCUZLAŞDI
Qlobal bazarda neft üçgünlük bahalaşmadan sonra cüzi ucuzlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.46 dollar (0.54%) azalaraq bir barel üçün 84.49 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 0.22 dollar (0.26%) bahalaşaraq bir barel üçün 84.95 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.26 dollar (0.33%) azalaraq bir barel üçün 79.34 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.26 dollar (0.33%) artaraq bir barel üçün 79.6 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər