Dünya

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıblar

16 Jul 2026, 01:18 2 baxış
Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıblar
Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı Ukraynadan Vətənə yola salınıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Fərid Babayev və Pərviz Əsədovun müşayiəti ilə Azərbaycan vətəndaşları Gülana Lətifova, Tofiq Nəsrullayev, Səbuhi Səmədov, İsmayıl İsmayılov, Aydın Əliyev, Cavid Rəhimov, Mehman Rəhimov, İsmayıl Axundov, Qurban Əliyev və Valeh Abasov iyulun 15-də Moldova vasitəsilə Azərbaycana yola salınıblar. * Dronla vurulan gəminin azərbaycanlı kapitanı HƏLAK OLDU Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Kapitanın axtarışı davam edir.
{{gallery}}
Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıblar Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıblar
Mənbə oxu.az

Oxşar Xəbərlər