Dünya

"Qazprom" səhmlərinin qiyməti 2008-ci il böhranının göstəricilərinə yaxınlaşıb

15 Jul 2026, 23:24 1 baxış
"Qazprom" səhmlərinin qiyməti 2008-ci il böhranının göstəricilərinə yaxınlaşıb
Rusiyanın "Qazprom" şirkətinin səhmlərinin qiyməti 2008-ci ilin noyabrından ilk dəfə olaraq 90 rubldan aşağı düşüb. Oxu.Az xəbər verir ki, bu barədə Moskva birjasında keçirilən ticarət məlumatları göstərir. Birjanın məlumatına görə, Bakı vaxtı ilə saat 18:37-də holdinqin qiymətli kağızlarının dəyəri əvvəlki ticarət gününün bağlanışı ilə müqayisədə 4% azalaraq 89.49 rubla düşüb. Bakı vaxtı ilə saat 20:12-yə olan məlumata əsasən, "Qazprom" səhmlərinin qiyməti 89,18 rubla enib. Şirkətin səhmləri sonuncu dəfə bu səviyyədə 2008-ci ilin noyabrında, qlobal maliyyə böhranı dövründə satılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər