Dünya

Yaponiyada təhlükəli istilər: Xeyli insan xəstəxanaya yerləşdirilib

15 Jul 2026, 18:40 2 baxış
Yaponiyada təhlükəli istilər: Xeyli insan xəstəxanaya yerləşdirilib
Son bir həftə ərzində Yaponiyada 4 500-dən çox sakin istilik vurması səbəbindən xəstəxanaya yerləşdirilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "373news" nəşri məlumat verib. Bildirilib ki, iyulun 14-də Koçi prefekturasında temperatur rekordu (+38.4 dərəcə) qeydə alınıb. Tokionun yaxınlığında yerləşən Qumma prefekturasında isə temperatur Selsi şkalası ilə 37 dərəcəyə yüksəlib. Tokio sakinlərinə iyulun 16-da gözlənilən isti hava səbəbindən günvurma riski barədə xəbərdarlıq edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər