Dünya

ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq

15 Jul 2026, 17:28 1 baxış
ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq
ABŞ-də üzərində ölkə rəhbəri Donald Trampın şəkli olan 1 dollarlıq qızıl sikkə dövriyyəyə buraxılacaq. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent sosial şəbəkə hesabında məlumat yayıb. "Ölkənin müstəqilliyinin 250 illiyinin şərəfinə ABŞ Zərbxanası azadlığın əbədi irsini və vətənpərvərliyin daimi simvolunu ehtiramla yad etmək məqsədilə 1 dollar dəyərində yeni qızıl sikkənin istehsalına başlayacaq. Sikkənin üzərində prezident Tramp təsvir olunub", - deyə nazir bildirib. Bessent həmçinin əlavə edib ki, bu sikkə ABŞ dəyərlərinin gücünü və xalqın gələcəyə olan vədini tərənnüm edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər