Dünya

Böyük Britaniyada 16-17 yaşlı gənclər üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək

15 Jul 2026, 16:48 1 baxış
Böyük Britaniyada 16-17 yaşlı gənclər üçün sosial şəbəkələrdə "komendant saatı" tətbiq ediləcək
Böyük Britaniya hökuməti 16 və 17 yaşlı gənclər üçün sosial şəbəkələrdə "komendant saatı"nın tətbiqinə razılıq verib. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Elm, İnnovasiyalar və Texnologiyalar Nazirliyi məlumat yayıb. Bildirilir ki, saat 00:00-dan 06:00-dək tətbiqlərə giriş məhdudlaşdırılacaq. İstifadəçi axınını formalaşdıran tövsiyə alqoritmləri "Snapchat", "TikTok", "YouTube", "Instagram", "X" kimi platformalarda söndürüləcək. Qeyd edək ki, yaz aylarında ölkədə bu sistem pilot layihə çərçivəsində sınaqdan keçirilib. Təcrübədə 13-15 yaş aralığında olan 150 yeniyetmə iştirak edib. İştirakçılar yuxu rejimini bərpa edə və diqqət toplanmasını yaxşılaşdıra biliblər. "Komendant saatı" yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran tədbirlər paketinə daxildir. Yeni qaydalar 2027-ci ilin yazında qüvvəyə minəcək. Bu tədbirlər sırasına 16 yaşından kiçik şəxslər üçün sosial mediadan istifadənin tamamilə qadağan edilməsi də daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər