Dünya

KİV: Rusəsilli investor TRIPP fondunun rəhbəri təyin edildi

15 Jul 2026, 16:53 1 baxış
KİV: Rusəsilli investor TRIPP fondunun rəhbəri təyin edildi
Rusəsilli ABŞ-li investor Konstantin Sokolov "Tripp+ Enterprise Fund"ın rəhbəri vəzifəsinə təyin olunub. Bu fond ABŞ Dövlət Departamenti tərəfindən TRIPP təşəbbüsü daxilindəki infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə təsis edilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Bildirilib ki, ABŞ Dövlət Departamenti Sokolovun yeni təyinatını iyulun 10-da təsdiqləyib. İnvestor özü isə mövzu ilə bağlı hər hansı bir şərh verməkdən imtina edib. Nəşrin məlumatına əsasən, Sokolovun investisiya fondunun rəhbəri postuna gətirilməsi ABŞ-nin Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat dəhlizinin inkişafını gücləndirmək niyyətindən xəbər verir. 1975-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olan K.Sokolov enerji və telekommunikasiya layihələri üzrə ixtisaslaşan "IJS Investments" özəl investisiya şirkətinin qurucusudur. Eyni zamanda, o, maliyyə xidmətləri, energetika və qlobal daşınmaz əmlak sahələrində fəaliyyət göstərən İsveçrənin "Gotthard Investment AG" şirkətinə rəhbərlik edir. Bundan əlavə, K.Sokolov Ermənistanın ən böyük telekommunikasiya şirkəti sayılan "Viva Armenia"nın əsas səhmdarlarından biridir.
Mənbə oxu.az

Oxşar Xəbərlər