Digər
Ermənistan TRİPP sazişini təsdiqləməyə hazırlaşır
Ermənistan hökuməti sabah keçiriləcək iclasında TRİPP üzrə çərçivə sazişinin layihəsini təsdiqləməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, çərçivə sazişi iyunun əvvəlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio tərəfindən imzalanıb. Hökumət tərəfindən təsdiqləndikdən sonra sənəd Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Konstitusiya Məhkəməsi müsbət qərar verərsə, müqavilə təsdiq üçün Ermənistan parlamentinə təqdim ediləcək.
Mənbə
axar.az