Digər

Arakçı Qətərə getdi

15 Jul 2026, 16:47 1 baxış
Arakçı Qətərə getdi

İranın xarici işlər naziri Abbas Arakçı Qətərə səfər edib.


Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


Bildirilib ki, Arakçı Şeyx Həməd bin Xəlifə əs-Saninin yas mərasimində iştirak üçün paytaxt Dohaya yollanıb.


Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə əs-Sani 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib. O, 2013-cü ilin iyun ayında könüllü şəkildə hakimiyyətdən gedərək əmirlik səlahiyyətlərini oğlu, hazırkı Qətər əmiri Şeyx Təmim bin Həmədə təhvil verib. 74 yaşında vəfat edən keçmiş əmir Dohadakı Lusail qəbiristanlığında dəfn olunub. Onun vəfatı ilə əlaqədar Qətərdə dörd günlük matəm elan edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər