Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
Ukraynanın Azov dənizində 100-dən çox Rusiya gəmisini hədəf alan hücumları milyonlarla ton Rusiya taxılının ixracı üçün istifadə edilən Azov və Taman limanlarını iflic edib.
Axar.az xəbər verir ki, bəzi hesablamalara görə, bu iki liman Rusiya taxıl ixracının 15%-ni və bitki yağlarının xarici tədarükünün 17-21%-ni təşkil edir. “Sovecon” şirkətinin analitikləri isə bu payı daha yüksək - ümumi taxıl və günəbaxan yağı ixracının 25%-nə qədər - qiymətləndirirlər.
Aqrar Bazar Tədqiqatları İnstitutunun (ICAR) analitikləri iyul ayında taxıl ixracının planlaşdırılandan 20% aşağı olacağını proqnozlaşdırırlar (2,5 milyon ton əvəzinə 2 milyon ton). Azov dənizində iflic vəziyyətində olan ixracın bir hissəsi dərin su limanlarına yönləndirilə bilər: onlar ayda 4-4,5 milyon ton yükləmə qabiliyyətinə malikdirlər. “Sovekon” şirkətinin baş direktoru Andrey Sizov qeyd edir ki, iyul ayında bu kifayət edəcək, lakin avqust ayında, ixrac mövsümünün zirvəsində yük daşınması ayda 5-6,5 milyon tona çatır.
Qeyd edək ki, Ukrayna Azovda Rusiyanın kölgə donanmasına məxsus 116 gəmini vurduğunu açıqlamışdı.