Dünya
ABŞ İrana yenidən zərbələr endirməyə başlayıb
Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri İran İslam Respublikasının ərazisinə yeni zərbələr endirməyə başlayıblar. Oxu.Az xəbər verir ki, bu məlumatı ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb. "Bu gün Şərq vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə 14:00) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı silsilə zərbələrə başlayıb. Bu əməliyyatlar Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumlarda iştirak edən İran qoşunlarının hərbi gücünü daha da zəiflətməyə yönəlib", - deyə CENTCOM-un "X" sosial şəbəkəsində yayımladığı bəyanatda qeyd olunub.
Mənbə
oxu.az