Dünya
Konqoda Ebola qurbanlarının sayı artır: Qorxunc xəstəlik beş regiona yayılıb
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu qurbanlarının sayı daha da artıb. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, xəstəliyə yoluxma üzrə təsdiq edilmiş halların sayı 2 011-ə yüksəlib. Bu hallardan 754-ü ölümlə nəticələnib. Bildirilir ki, Ebola xəstəliyi artıq KDR-in şərqindəki beş regionu əhatə edib. KDR-də və Uqandada Ebola epidemiyası may ayında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə iyunun 15-də bununla əlaqədar fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, ÜST rəsmisi Konqoda Ebola virusuna yoluxanların və ölənlərin sayının rəsmi rəqəmlərdən dəfələrlə çox olduğu barədə açıqlama verib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər