Dünya

Qeyri-qanuni yollarla Türkiyəyə gətirilən 5 milyon dollarlıq şüşə: İçindən qızıldan bahalı maddə tapıldı - FOTO

15 Jul 2026, 13:52 3 baxış
Qeyri-qanuni yollarla Türkiyəyə gətirilən 5 milyon dollarlıq şüşə: İçindən qızıldan bahalı maddə tapıldı - FOTO
Türkiyənin Yalova şəhərində jandarm qruplarının keçirdiyi əməliyyat zamanı qramı qızıldan qat-qat bahalı olan əqrəb zəhəri ələ keçirilib. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, Yalova Vilayət Jandarm Komandanlığının qrupları qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində saxladıqları avtomobilə baxış zamanı plastik butulkada saxlanılan təxminən 500 qram şübhəli maddə aşkar edib. Laboratoriya analizi nəticəsində maddənin əqrəb zəhəri olduğu təsdiqlənib. Zəhərin suriyaəsilli İ.A. və A.A. tərəfindən qeyri-qanuni yollarla Türkiyəyə gətirildiyi və alıcı axtarıldığı müəyyən edilib. Təxminən 500 qram əqrəb zəhərinin bazar dəyərinin 5 milyon dollar olduğu müəyyən edilib.

Kosmetika, dərman və elmi araşdırmalarda məhdud sahələrdə istifadə oluna bilən və bu səbəbdən də qeyri-qanuni bazarda yüksək qiymətə satıldığı məlum olan əqrəb zəhəri müsadirə edilib. Hadisə ilə bağlı iki şübhəli barəsində Qaçaqmalçılıqla Mübarizə Qanunu çərçivəsində məhkəmə və inzibati proseslərə başlanılıb.
Qeyri-qanuni yollarla Türkiyəyə gətirilən 5 milyon dollarlıq şüşə: İçindən qızıldan bahalı maddə tapıldı - FOTO Qeyri-qanuni yollarla Türkiyəyə gətirilən 5 milyon dollarlıq şüşə: İçindən qızıldan bahalı maddə tapıldı - FOTO Qeyri-qanuni yollarla Türkiyəyə gətirilən 5 milyon dollarlıq şüşə: İçindən qızıldan bahalı maddə tapıldı - FOTO Qeyri-qanuni yollarla Türkiyəyə gətirilən 5 milyon dollarlıq şüşə: İçindən qızıldan bahalı maddə tapıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər