Dünya
Ursula fon der Lyayen və Avropa liderləri Kiyevə səfər ediblər - VİDEO
İyulun 15-də Ukraynanın Dövlətçilik Günündə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Moldova Prezidenti Maya Sandu, Rumıniya Prezidenti Nikuşor Dan və digər Avropa liderləri Kiyevə səfər ediblər. Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir. Məlumata görə, həmçinin Sloveniyanın Baş naziri Yanez Yanşa, Monteneqro Prezidenti Yakov Milatoviç və Serbiya Prezidenti Aleksandr Vuçiç də Ukrayna paytaxtına gələnlər arasındadır.
Səfərin məqsədi və əlavə detallar təhlükəsizlik baxımından əvvəlcədən açıqlanmayıb. "Mən tammiqyaslı müharibə başlayandan bəri Ukraynaya 11-ci səfərim çərçivəsində Kiyevə gəlmişəm. Bu, xüsusi məqamdır. Ukrayna öz hərbi potensialının gücləndirilməsində mühüm irəliləyiş əldə edib. Təşəbbüs tədricən onun tərəfinə keçir. Mən müdafiə sənayelərimizin inteqrasiyasına yönəlmiş yeni təşəbbüsləri elan edəcəyəm. Bu, bizə daha çox və daha sürətli silah istehsal etməyə imkan verəcək. Biz Ukraynanın Aİ-yə daxil olması prosesini və qarşıdakı qışa hazırlıqları müzakirə edəcəyik", - deyə fon der Lyaeyen öz "X" hesabında yazıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər