Dünya
Yaxın Şərqdə gərginliyin artması Tramp hökumətinin nüfuzuna necə təsir edəcək?
Yaxın Şərqdə gərginliyin artması və İrana qarşı hərbi əməliyyatların yenidən başlaması ABŞ lideri Donald Trampın ikinci prezidentlik dövrünün nüfuzdan düşməsi ehtimalını artırır. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məqalə dərc edib. Nəşr respublikaçıların siyasi strateqi Ron Boncana istinadən qeyd edir: "Görünür, Trampın İran istiqamətindəki resursları tükənmək üzrədir. Prosesin uzanacağı artıq bəllidir və böhranın tənzimlənməsi aylarla, bəlkə də illərlə davam edəcək". Bildirilir ki, gərginliyin böyüdüyü bir vaxtda ABŞ rəhbərinin siyasi, iqtisadi və diplomatik itkiləri hansı yolla azaldacağı hələ də qeyri-müəyyən olaraq qalır. Vaşinqtondakı Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin müdafiə strategiyası üzrə eksperti Bekka Vasserin fikrincə, eskalasiya yolu ilə deeskalasiya keçmişdə böyük uğur gətirməyib. Onun sözlərinə görə, uzunmüddətli oyun çərçivəsində İrana qarşı iqtisadi təzyiq cəhdləri davam edir, lakin hələlik bu, real nəticə verməyib. Pentaqonun Fars körfəzi və Ərəbistan yarımadası üzrə keçmiş direktoru Elizabet Dentin bildirib ki, hazırda bütün toqquşmalar keçmişdəki kimi nüvə, qanadlı və ballistik raket proqramları səbəbindən deyil, məhz Hörmüz boğazı ətrafında cərəyan edir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər