Dünya
ABŞ-dən İrana sanksiyalar: Çox sayda fiziki şəxs, gəmi və şirkət siyahıya daxil edilib
ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, sanksiyalar siyahısına 50 fiziki şəxs, 24 şirkət və 20 gəmi daxil edilib. Nazirliyin press-relizində qeyd edilir ki, sanksiyalar iranlı iş adamı Məhəmməd Hüseyn Şamxaninin qanunsuz daşımalar şəbəkəsinin və sanksiyalardan yayınmasının qarşısını alınması və zəiflədilməsi məqsədi daşıyır. "İran rejimi aldatma hesabına sağ qalır və Şamxani şəbəkəsi onun ən gəlirli mühərriklərindən biridir. Maliyyə Nazirliyi rejimin ABŞ-nin milli təhlükəsizliyini və qlobal gəmiçiliyi təhdid etməyə davam etməsinə imkan verən maliyyə infrastrukturunu bağlayır", - deyə maliyyə naziri Skott Bessent bildirib. Sanksiyalara məruz qalan şəxslərin siyahısına İran, Rusiya, Danimarka, İtaliya, Hindistan və Böyük Britaniya vətəndaşları daxildir. Bu yolla ABŞ Maliyyə Nazirliyi Şamxaninin himayəsi altında fəaliyyət göstərən 200-dən çox fiziki şəxs, təşkilat və gəmilərə qarşı sanksiya tətbiq edib", - deyə məlumatda qeyd edilib. Məhdudiyyətlərə məruz qalan gəmilər arasında yük və konteyner gəmiləri, tankerlər də var. Həmçinin Tehrandan olan iş adamı Əli Rəhbərmədani də, hansı ki ABŞ tərəfinin məlumatına görə, Rusiya-İran vətəndaşlığına malikdir, sanksiyaya məruz qalıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər