Dünya

San-Fransisko körfəzində qayıq batdı: Ölən və itkin düşənlər var - VİDEO

15 Jul 2026, 10:08 2 baxış
San-Fransisko körfəzində qayıq batdı: Ölən və itkin düşənlər var - VİDEO
ABŞ-nin San-Fransisko körfəzində qayığın batması nəticəsində ən azı bir nəfər həyatını itirib, üç nəfər isə itkin düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "ABC 7" telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Qızıl Darvaza körpüsü ilə Alkatras adası arasında baş verib. Məlumata görə göyərtədəki sərnişinlərin əksəriyyəti anım mərasimində iştirak etmək üçün toplaşan ailə üzvləri olub. Ümumilikdə qayıqda olan 20 nəfərdən 16-sı xilas edilib. Qeyd olunub ki, itkin düşən iki nəfərin axtarışlarına 11 gəmi cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər