Dünya

Kamçatkada ardıcıl dörd güclü zəlzələ baş verdi

15 Jul 2026, 10:16 2 baxış
Kamçatkada ardıcıl dörd güclü zəlzələ baş verdi
Sakit okeanda, Kamçatka (Rusiya) sahillərində ardıcıl dörd zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidməti məlumat yayıb. İlk zəlzələ 4.5 maqnitudada qeydə alınıb və Petropavlovsk-Kamçatskdan 374 km məsafədə, 36.3 km dərinlikdə yerləşib. İkinci seysmik təkanın gücü 6.0 maqnitudaya çatıb. Yeraltı təkanlar bölgənin mərkəzindən 210 km aralıda, 64.6 km dərinlikdə baş verib. Altı dəqiqə keçdikdən sonra 5.7 maqnitudalı üçüncü zəlzələ qeydə alınıb. Onun episentri Petropavlovsk-Kamçatskdan 206 km uzaqlıqda, 72 km dərinlikdə olub. Sonuncu zəlzələnin maqnitudası isə 5.0 təşkil edib. Yeraltı təkanlar vilayət mərkəzindən 207 km məsafədə, 70.1 km dərinlikdə baş verib. İtki və dağıntı barədə məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər