Dünya

İran ABŞ-nin aviabazalarını vurdu: SEPAH bəyanat yaydı - VİDEO

15 Jul 2026, 09:36 2 baxış
İran ABŞ-nin aviabazalarını vurdu: SEPAH bəyanat yaydı - VİDEO
ABŞ ordusunun Küveytin Mina Abdullah bölgəsində yerləşən hərbi mərkəzi məhv edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ silahlı qüvvələrinin Küveytin Mina Abdullah bölgəsindəki KJL adlı əsas hazırlıq və dəstək mərkəzi yandırılıb. ABŞ-nin İordaniyadakı "Əl-Əzraq" bazası da PUA hücumuna məruz qalıb. SEPAH-ın açıqlamasına əsasən aviabazada yerləşən ABŞ ordusunun böyük texnika anbarları ikinci dəfə hədəfə alınıb. "İordaniyadakı "Əl-Əzraq" bazasında "F-15", "F-16" və "F-35" qırıcılarının anqarları, eləcə də ABŞ-yə məxsus bir neçə "MQ-9" strateji pilotsuz uçuş aparatı məhv edilib", - deyə SEPAH-ın bəyanatında bildirilib. Bundan başqa İran Bəhreyndə NSI idarəetmə mərkəzi, komanda-nəzarət mərkəzi, hərbi ehtiyat hissələri və texnikanın saxlandığı böyük anbarlar, o cümlədən ABŞ-nin Beşinci Donanmasının yanacaq çənlərini məhv etdiyini də bildirib. Eyni zamanda Küveytdə də partlayış səsləri eşidib. Hadisə ilə bağlı bəyanat yayan SEPAH qeyd edib ki, İran ordusu sözügedən bölgədə yerləşən ABŞ bazaları növbəti dəfə zərbələrə məruz qalıb. "İran ordusu Küveytdə peyk rabitə mərkəzini, raket əleyhinə və hava hücumundan müdafiə radiolokasiya stansiyasını, "Patriot" HHM kompleksini, Küveytdəki ABŞ hərbi bazasını və "HIMARS" raketlərinin buraxılış meydançalarını vuraraq darmadağın etdilər", - deyə açıqlamada qeyd olunub. İslam Respublikasının elit bölməsi bildirib ki, ölkənin təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq və heç bir təhdidi cavabsız qoymayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər