Dünya
Bred Pittin övladları aktyorun soyadından imtina etdilər
Hollivud ulduzu Bred Pittin övladlığa götürdüyü Meddoks və Zaxara aktyorun soyadından imtina etdiklərini bildiriblər. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı Meddoks və 21 yaşlı Zaxara "Los Angeles Daily Journal" qəzetinin elanlar bölməsində Bred Pittin soyadından imtina etmələri barədə məlumat dərc etdiriblər. Qeyd olunur ki, aktyorun övladlığa götürülmüş övladları bundan sonra Zaxara Marli Coli və Meddoks Çivan Coli adlandırılmaq istəyirlər. * Bred Pittin oğlu atasının soyadından imtina edib * Ancelina Coli və Bred Pittin qızından şok addım: Adını və soyadını dəyişdi 2024-cü ilin iyul ayında Bred Pittin qızı Şaylo da eyni addımı ataraq soyadından imtina etdiyini açıqlayıb. Daha sonra qızın vəkili Piter Levin bu mühüm qərarın "travmatik hadisələrdən" sonra qəbul edildiyini vurğulayıb. Qeyd edək ki, Ancelina Coli və Bred Pittin altı övladı var: oğulları Meddoks Çivan, Paks Tyen və Noks Leon, eləcə də qızları Zaxara Marli, Şaylo Nuvel və Vivyen Marşelin. Onların yalnız üçü - Şaylo, Noks və Vivyen sənətkarların bioloji övladları olsa da, əvvəlcə hamısı Coli-Pitt soyadını daşıyırdı. Ancelina Coli 19 sentyabr 2016-cı ildə boşanma üçün sənədlər versə də, bu proses yalnız 2019-cu ildə rəsmən yekunlaşıb.
Mənbə
oxu.az