Dünya

Əfsanəvi investor Baffet 2034-cü ilə qədər səhmlərindən tam imtina edir

15 Jul 2026, 04:00 3 baxış
Əfsanəvi investor Baffet 2034-cü ilə qədər səhmlərindən tam imtina edir
ABŞ-nin "Berkshire Hathaway" şirkətinin direktorlar şurasının 95 yaşlı sədri Uorren Baffet şirkətdəki payını növbəti səkkiz il ərzində dörd xeyriyyə fonduna bağışlamağı planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Qiymətli kağızlar Baffetin mərhum həyat yoldaşının şərəfinə adlandırılmış "Susan Thompson Buffett Foundation", habelə övladlarına məxsus "Sherwood Foundation", "Howard G. Buffett Foundation" və "Novo Foundation" fondlarına veriləcək. İllik ianələr çərçivəsində Baffet iyulun 14-də "A" sinfindən olan 8 min səhmini "B" sinfindən olan 12 milyon qiymətli kağıza konvertasiya edərək fondlara təhvil verib. Belə ki, "Susan Thompson Buffett Foundation" 9 milyon, digər üç fond isə qalan 3 milyon səhmi bərabər şəkildə bölüşdürəcək. Bu ianədən sonra investorun əlində "A" sinfindən 188 290, "B" sinfindən isə 1 160-dan bir qədər çox səhm qalacaq. "Məqsədim təxminən səkkiz il ərzində "Berkshire"dəki bütün səhmlərimi başqasına ötürməkdir. Övladlarım da yaşlaşır, ona görə də ümid edirəm ki, onların üçü 31 dekabr 2034-cü ilə qədər bu prosesi tamamlaya biləcəklər. Əlbəttə, ölüm qabaqcadan xəbər vermir, lakin məndə qalan səhmlər 31 dekabr 2034-cü ilədək bu dörd fonda bağışlanacaq", - deyə Baffet bildirib. Qeyd edək ki, Uorren Baffet 2006-cı ildən bəri mütəmadi olaraq xeyriyyə məqsədilə böyük həcmdə "Berkshire" səhmləri bağışlayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər