Dünya

Rusiyada çimərlikdə üzərində uşaqların olduğu körpü uçub - FOTO-VİDEO

13 Jul 2026, 12:02 3 baxış
Rusiyada çimərlikdə üzərində uşaqların olduğu körpü uçub - FOTO-VİDEO
Rusiyanın Primorye diyarında Muravyina körfəzində körpü uçub. Həmin vaxt körpünün üzərində uşaqlar da daxil olmaqla, təxminən 20 nəfər olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.


{{gallery}} Kanalın məlumatına görə, uşaqlar körpüdən suya tullanırmışlar. Hadisədən sonra sahildə və suda çaxnaşma yaranıb. Böyüklər və uşaqlar qışqırmağa başlayıblar, yoldan keçənlər xəsarət alanlara kömək etməyə və onları sahilə çıxarmağa tələsiblər. İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. Bir oğlan uşağının barmağı qopub, bir qız uşağı olduqca çox su udub. Bildirilir ki, uçmuş körpünün altında insanlar qalmış ola bilər. Xilasedicilər dalğıc əməliyyatlarına hazırlaşırlar. Hadisə yerinə təcili yardım briqadası göndərilib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Rusiyada çimərlikdə üzərində uşaqların olduğu körpü uçub - FOTO-VİDEO Rusiyada çimərlikdə üzərində uşaqların olduğu körpü uçub - FOTO-VİDEO Rusiyada çimərlikdə üzərində uşaqların olduğu körpü uçub - FOTO-VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər