Dünya

Avropada ekstremal istilər 10 min nəfərin ölümünə səbəb oldu

13 Jul 2026, 10:48 2 baxış
Avropada ekstremal istilər 10 min nəfərin ölümünə səbəb oldu
İyun ayının ikinci yarısında Avropanı bürüyən ekstremal istilər nəticəsində azı 10 min nəfərin həyatını itirdiyi ehtimal olunur. Oxu.Az xəbər verir ki, bu məlumatlar Avropa ölüm hallarının monitorinqi mərkəzinin hesabatlarında öz əksini tapıb. Mərkəzin məlumatlarına əsasən, 2026-cı ilin 26-cı həftəsində Avropada bütün yaş qrupları üzrə əlavə ölüm göstəricisi 10 min nəfəri keçib. Bu rəqəmin əksəriyyəti, yəni 9 mindən çox ölüm halı 65 yaşdan yuxarı şəxslərin payına düşür. Qeyd edək ki, əlavə ölüm hallarının ən yüksək səviyyəsi Fransa və Belçikada, orta səviyyəsi isə Niderland, İspaniya və İsveçrədə müşahidə olunub. Almaniya, Böyük Britaniya və İtaliya isə bu göstəricinin nisbətən aşağı olduğu ölkələr siyahısına daxil edilib. Xatırladaq ki, iyunun ikinci yarısından etibarən Avropa anomal isti hava şəraiti ilə üzləşib. Qərbi Avropa ölkələrində havanın temperaturu 40 dərəcəni aşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər