Dünya
ABŞ-nin İrana hücumları nə qədər davam edib?
ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığının bəyanatında bildirilir ki, İrana qarşı zərbələr yerli vaxtla saat 17:00-da başlanıb. Bu addım İranın Hörmüz boğazından sərbəst hərəkət edən mülki dənizçilərə və ticarət gəmilərinə hücum etmək imkanlarının zəiflədilməsi məqsədi daşıyır. Komandanlıq əlavə edib ki, əməliyyatla bağlı əmri Prezident Donald Tramp verib.
Mənbə
oxu.az