Dünya
İran "Qisas" əməliyyatına başladı: Yaxın Şərqdəki ABŞ bazaları vuruldu - VİDEO
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ aviabazalarına müvəffəqiyyətlə zərbələr endirdiyini bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
"Qisas" əməliyyatının üçüncü mərhələsində qurumun Hərbi Hava-Kosmik Qüvvələrinin döyüşçüləri Küveytdəki "Əli əs-Salim" bazasında yanacaq çənlərini və "Patriot" hava hücumundan müdafiə sistemini, həmçinin "Əhməd əl-Cabir" bazasında strateji FPS radar sistemini məhv ediblər", - deyə açıqlamada qeyd olunub. Eyni zamanda, SEPAH Bəhreyn ərazisindəki "Şeyx İsa" ABŞ aviabazasına da uğurlu hücum etdiyini bildirib. SEPAH rəsmiləri əməliyyatın ikinci mərhələsində isə "Şeyx İsa" bazasında ABŞ ordusuna məxsus mühüm helikopterlərin təmiri və texniki xidməti mərkəzlərinin, "P-8" təyyarəsinin anqarının və pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzinin məhv edildiyini açıqlayıblar. Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusu raketlər və dronlardan istifadə edərək İordaniyadakı Amerika aviabazasına da müvəffəqiyyətlə zərbələr endirdiyini xəbər verib. Verilən məlumatlara əsasən, bu hücumlar nəticəsində sursat anbarları və yanacaq çənləri yanmağa başlayıb. SEPAH xüsusi olaraq vurğulayıb ki, İordaniyadakı hədəflərə endirilən zərbələr hazırda davam etməkdə olan "qisas əməliyyatı"nın sadəcə ilk mərhələsi olub.

Mənbə
oxu.az