Dünya
ABŞ-də bizon yaşlı turisti ağır yaralayıb - VİDEO
ABŞ-dэ yerləşən Yellouston Milli Parkı ərazisində bizon yaşlı turistə hücum edib və onu havaya tullayıb. Oxu.Az bu barədə "The Sun" nəşrinə istinadən xəbər verir.
Zərərçəkən nəvəsi ilə birlikdə heyvandan təxminən 90 metr məsafədə dayanıb. Onlar bu məsafəni təhlükəsiz hesab etsələr də, bizon qəfil yerindən hərəkətə keçərək onlar tərəf qaçıb və turisti buynuzu ilə bud nahiyəsindən vurub. Hadisə şahidlərinin sözlərinə görə, hücumdan bir qədər əvvəl bizonun yaxınlığından yük avtomobili keçib. Ehtimal olunur ki, bu, heyvanı aqressivləşdirib. Bundan sonra bizon turisti təxminən 2.5 metr hündürlüyə havaya qaldırıb. Kişi yerə yıxılaraq ağır xəsarətlər alıb. Hadisəni görən şahidlər qışqıraraq və birgə hərəkət edərək bizonu uzaqlaşdıra biliblər. Yaralı üçün dərhal təcili tibbi yardım çağırılıb və o, ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Mənbə
oxu.az