Dünya
Banqkokda güclü yanğın baş verib: Onlarla ölü və yaralı var - VİDEO
Tailandın paytaxtı Banqkokda barda baş verən güclü yanğın nəticəsində azı 27 nəfər həlak olub, daha 63 nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi Tailandın Baş naziri Anutin Çarnvirakulun bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, xüsusi xidmət orqanları hadisə yerinə çatanda yanğın artıq bütün binanı bürümüşdü. Baş nazir hadisə yerində jurnalistlərə açıqlamasında 27 nəfərin öldüyünü, daha bir neçə nəfərin isə xəstəxanaya çatdırıldığını təsdiqləyib. O bildirib ki, yanğının başvermə səbəbi araşdırılır.

Mənbə
oxu.az