Dünya
Çilidə avtomobil yarmarkaya çırpılıb, altı nəfər ölüb
Çilinin Vinya-del-Mar şəhərində avtomobilin yarmarka ziyarətçilərini vurması nəticəsində azı altı nəfər ölüb, daha yeddi nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "BioBio" radiostansiyası məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü toqquşmadan sonra idarəetməni itirib və yarmarka çadırlarına çırpılıb. Həmin ərazidə satıcılar və alıcılar olublar. Sürücü saxlanılıb. Sürücünün hərbçi olduğu müəyyən edilib.
Mənbə
oxu.az