Venesuelada zəlzələdə ölənlərin sayı 4490-a çatdı
Venesuelada baş vermiş güclü zəlzələdə qurbanların sayı 4490 nəfərə qədər artıb.
Axar.az xəbər verir ki, bu barədə Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes Teleqram kanalında məlumat yayıb.
Hesabata əsasən, 16740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 17907 sakin isə evsiz qalıb.
190 tikili tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib. Axtarış-xilasetmə işləri çərçivəsində 6462 nəfəri xilas etmək mümkün olub, xəstəxanalarda və müalicə müəssisələrində 32401 nəfər tibbi yardım alıb. 120794 ailəyə dəstək göstərilib, fəlakət zonasına 9 995 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, yeraltı təkanlar iyunun 24-ü axşam saatlarında Venesuelanı sarsıdıb. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki silkələnmə qeydə alınıb. Hər iki zəlzələnin episentri Yarakuy ştatının ərazisində bir-birindən 10 km məsafədə yerləşib.