Cəmiyyət
Azərbaycanlı şagirdlər Beynəlxalq Fizika Olimpiadasında beş medal qazanıblar
İyulun 4-12-də Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) Azərbaycan uğurla təmsil olunub. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, 90-dan artıq ölkənin iştirak etdiyi nüfuzlu elm yarışında ölkəmizi müxtəlif ümumi təhsil müəssisələrindən beş şagird təmsil edib. Azərbaycan komandası yüksək nəticə göstərərək üç gümüş və iki bürünc medal qazanıblar. Tədbir çərçivəsində 57-ci Beynəlxalq Fizika Olimpiadasının 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul edilib.
Mənbə
oxu.az