Dünya

İsraildə parlament seçkisinin keçiriləcəyi tarix AÇIQLANDI

12 Jul 2026, 21:12 5 baxış
İsraildə parlament seçkisinin keçiriləcəyi tarix AÇIQLANDI
İsraildə parlament seçkisi bu il oktyabrın 27-də keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb. Seçki tarixini hakim "Likud" partiyasından deputat Ofir Kats açıqlayıb. İsrailin hazırkı çağırış parlamenti iyulun 17-də buraxılacaq. Beləliklə, parlamentin daha əvvəl planlaşdırılan vaxtından əvvəl buraxılması baş tutmayacaq. Halbuki bu prosesə may ayında hakim koalisiya özü təşəbbüs göstərmişdi və növbədənkənar seçkinin keçirilməsi üçün ehtimal olunan tarix kimi sentyabr göstərilirdi. Bu, İsraildə təxminən 40 ildən sonra ilk belə haldır. Sonuncu dəfə 1984-1988-ci illərdə fəaliyyət göstərən 11-ci çağırış parlament səlahiyyət müddətini vaxtından əvvəl seçki olmadan başa vurmuşdu. Ondan sonra bütün parlament tərkibləri vaxtından əvvəl buraxılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər