Dünya

Almaniya Ukrayna üçün 50 min PUA-nın alınmasını maliyyələşdirəcək

12 Jul 2026, 20:48 5 baxış
Almaniya Ukrayna üçün 50 min PUA-nın alınmasını maliyyələşdirəcək
Almaniya Ukrayna üçün 50 min zərbə tipli pilotsuz uçuş aparatının (PUA) alınmasını maliyyələşdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, söhbət Ukraynanın "Skyfall" şirkətinin istehsal etdiyi, hədəfi avtomatik izləmə funksiyası ilə təchiz olunmuş PUA-lardan gedir. Müqavilənin dəyərinin təxminən 90 milyon avro olduğu bildirilir. Almaniya Müdafiə Nazirliyi hələlik "Reuters"in yaydığı məlumatı şərh etməyib. Daha əvvəl Almaniya hökuməti bəyan etmişdi ki, Berlin 2022-ci il fevralın 24-dən etibarən Kiyevə təxminən 39 milyard avro humanitar, 55 milyard avro isə hərbi yardım göstərib.
Mənbə oxu.az

Oxşar Xəbərlər