Dünya
Ukrayna hökumətində kadr dəyişiklikləri: Zelenski baş naziri istefaya göndərir
Ukrayna Prezidenti Volodimir Zelenski Yuliya Sviridenkonu baş nazir vəzifəsindən azad etmək qərarına gəlib. xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında bildirib. Zelenski qeyd edib ki, Ukraynada yenilənmiş siyasi strategiyanın reallaşdırılmasını təmin edəcək kadr dəyişiklikləri başlayıb. "Baş nazir vəzifəsindəki dəqiq, sabit və səmərəli fəaliyyətinə, Ukrayna komandasında keçirdiyi nəticəyönümlü illərə görə Yuliyaya minnətdaram. Ona əsas tərəfdaşımızla münasibətlərdə yeni, mühüm istiqamətə rəhbərlik etməyi təklif etdim. Ümid edirəm ki, parlamentlə birlikdə Ukrayna hökumətində müvafiq kadr dəyişikliklərini həyata keçirəcəyik", - deyə Zelenski qeyd edib. Ukrayna prezidenti, həmçinin hüquq-mühafizə orqanlarının rəhbər heyətində də dəyişikliklər olacağını anons edib. Xatırladaq ki, Yuliya Sviridenko bir il ərzində Ukraynanın baş naziri vəzifəsini icra edib.
Mənbə
oxu.az